Hüseynovlar ailəsinin ağbirçəyi,böyüyü Yaqut ana isə yurda qayıdışının sevincini bölüşməyə sözün belə aciz olduğunu söyləyir:" Öz yurdumu yenidən görəndə nə hisslər keçirdim, onu bir mən bilirəm, bir də allah. Ömür gün yoldaşım Gəray son nəfəsində də Cocuq Mərcanlını arzuladı. Ona nəsib olmadı bu yurdda son mənzilə yola salınmaq. Amma 4 övladım artıq öz evində, isti ocağındadı. 3 oğul, bir qız övladıma yaraşıqlı ev tikib verdi prezidentimiz. Qalıb mən və o biri qızım. Allah prezidentimizə ömür versin. Gəlib bu yerləri güllük-gülüstanlıq görəndə sevincimdən ağladım. Yer üzünün ən xöşbəxt bəndəsi sayıram özümü. Ona görə ki, mənə allah yurduma qovuşmağı nəsib etdi. Evlər hamısı gözəl, şəraitlidir. Hanı o köhnə evlər? Heç əsəri də qalmayıb. Yerində yaraşığı bir şəhərə bərabər olan kənd salıb İlham Əliyev. Hamınızı buraya qonaq dəvət edirəm. Cənab Prezidentə minnətdaram”.
Yaqut Hüseynova düşmənin dinc sakinləri hədəf almasının təmas xətinə yaxın ərazilərdə yaşayan sakinləri narahat etmədiyini söyləyir: “Fizulinin Alxanlı kəndində dinc sakinlərin erməni gülləsinə tuş gəlməsi xəbəri bizi də üzdülk. Sevinc kədərə qarışdı. Bir təfədən öz yurdumuza döndüyümüz üçün sevinsək də, dinc sakinlərin ölümünə yanıb-yaxıldıq. Balaca Zəhranın ölümü ürəyimizi parçaladı. Amma düşmən sevinməsin. Bu əməlləri ilə təmas xətinə yaxın yerləşən kəndlərdə sakinləri qorxutmaq istəyirlər. Bəlkə də məqsədi elə biz Cocuq Mərcanlı sakinlərini qorxutmaq idi. Bununla mesaj verirdilər ki, “o kəndə qayıtsanız sizin də aqibətiniz belə olacaq”. Amma düşmən unudur ki, biz bu torpaqda doğulmuşuq. Bura bizim ata-baba yurdumuzdur. Gec-tez biz öz yurdumuza, isti ocağımıza dönəcəyik. Əgər bu gün bu qədər camaat atəş səsləri altında təmas xətinin iki addımlığında yaşayırsa, deməli bizi bu torpağa bağlayan bağ var. Ermənilər həmişə əliyalın dinc əhalini hədəf seçib. Düşmən həmişə öz zəifliyini belə göstərib. Biz isə ali baş komandanımıza, ordumuza güvənirik. Bizim güvənc yerimiz var. Ona görə də qorxmuruq. Mən bizim işğal altında məcburi məskunlaşdırılan ermənilərdən soruşmaq istəyərdim ki, onlar nəyə və kimə güvənib aid olmayan torpaqda oturublar? Onlar qorxunlar ki, bizim güclü ordumuz bir gün o torpaqları işğaldan azad edəndə getməyə yer yatmayacaqlar. Arzum odur ki, işğal altında olan bütün kəndlər, rayonlar Cocuq Mərcanlı kimi abadığa, gülüstanlığa çevrilsin. Cocuq Mərcanlıya qayıdış bu inamı artırır. Bizi bu torpağa bağlayan qopmayan, qırılmayan bağlar var. Biz bu yurdda doğulmuşuq, dünyasını dəyişənlərimizin məzarı burdadır. İnanın ki, mənim bura gələndə ilk getdiyim yer məzarlıq oldu. İllərdir bizim gəlişimizi gözləyən əzizlərimizin ruhu şad oldu bu qayıdışla. Cocuq Mərcanlıya qayıdanda yadıma 24 il əvvəl, bu torpağı məcburi tərk etdiyimiz günlər düşdü. Buradan gedəndə ayaqlarımız yerimirdi. Hamı bir-birinə sual verirdi ki, axı doğmaların məzarlarını kimə tapşırıb gedirik? Düz 24 il əvvəl isti avqust ayında günorta vaxtı biz bu yurdu tərk etmişdik. Ağlımıza da gəlməzdi ki, geri dönəndə belə şəraitli mənzillərə, yaraşığı bir şəhərə bənzəyən kəndə qayıdacağıq. Amma içimizdə həmişə bu yurda geri dönəcəyimizlə bağlı bir inam vardı. Ay qızım bizi o nəmişlik beton divarlar arasında da yaşadan bax məhz o inam, o ümid idi. Ümid şamımızı yandıran prezidentimizə bir ömür minnətdarıq”.
Qedək ki, Şahəddin Hüseynov kimi Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvlərinin və Cəbrayıl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə dünən Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki su təsərrüfatı idarəsinin həyətində və ətraf kənddə məskunlaşmış 4 məcburi köçkün ailəsi yola salınıb.Onu da xatırladacaq ki, 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad ediləndən sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı. Dünəndən etibarən isə, Cocuq Mərcanlıya qayıdışa start verilib. Ümumilikdə isə Cocuq Mərcanlıya 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək. Sakinlər orada öz təsərrüfatlarını yaradacaq, kənd işləri ilə məşğul olacaqlar. Yeni salınan qəsəbədə bunun üçün hər cür şərait yaradılıb. Bildiyiniz kimi, Cocuq Mərcanlıda tikilən evlər qəsəbədə yaşayacaq məcburi köçkünlər arasında püşkatma yolu ilə paylanılıb və köçürülmə işləri bu həftənin sonunadək başa çatdırılmalıdır. Qeyd edək ki, iyirmi dörd ildir ki, köçkünlük həyatı yaşayan Cocuq Mərcanlı sakinlərinin Prezident İlham Əliyevin Sərəncamı ilə kənddə salınmış yeni qəsəbəyə köçürülməsi tarixi hadisə sayılır. Prezident İlham Əliyevin Sərəncamına əsasən Cocuq Mərcanlı kəndində əlavə 100 ev, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektləri tikiləcək. Bu məqsədlə Prezidentin ehtiyat fondundan Qaçqınların və MəcbuPrezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb. 17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşılıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Tikinti işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Göründüyü kimi, vaxtilə azğın düşmənin yerlə-yeksan etdiyi Cocuq Mərcanlı bu gün gözlərimiz önündə bərpa olunaraq ikinci həyatını yaşayır, doğma sakinləri öz ağuşuna alır. Bu köç isə Qarabağa Böyük Qayıdışın ilk müjdəsidir.






