Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımovbildirib.

Onun sözlərinə görə, bu çimərliklərdə bakterioloji çirklənmə aşkar edilib və qəbul edilmiş qərarlara əsasən, həmin çimərliklərdə dəniz suyundan istifadə qadağan edilib: "Digər çimərliklərdə vəziyyət normaldır və orada dəniz suyu standartlara cavab verir. Həmin çimərliklərdə dəniz suyunda bağırsaq çöpləri yoxdur və ya təhlükəli həddə deyil".
Şöbə müdiri çimərliklərdə təhlükə törədən çirklənmənin yaranma səbəblərini və onların aradan qaldırılması yollarını da açıqlayıb: "Dəniz suyunun çirklənməsinə səbəb çimrəliklərin yaxınlığında yerləşən yaşayış məntəqələrindən dənizə çirkab, təsərrüfat-fekal suların axıdılmasıdır. Həmin çimərliklərin yararlı olması üçün, ilk növbədə, o ərazidə dəniz suyu təmiz olmalıdır. Bunun üçün isə orada tullantıların emal edilməsi üçün təmizləyici qurğular olmalıdır".

Qeyd edək ki, yararsız hesab olunmasına və qadağalara baxmayaraq, insanlar adıçəkilən çimərlikdən hələ də istifadə edir. Təəssüf ki, onlar bununla özlərinin və yaxınlarının həyatını nə dərəcədə böyük təhlükəyə atdıqlarını anlamırlar.
milli.az






