Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rütte: NATO hərbi satınalmalar üçün “vahid pəncərə” xidmətini istifadəyə verir
Rütte: NATO hərbi satınalmalar üçün “vahid pəncərə” xidmətini istifadəyə verir

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) hərbi satınalmalarla bağlı bütün məsələlərin həlli üçün “NATO-nun Ön Qapısı” (NATO Front Door) adlı “vahid pəncərə” xidmətinin yaradıldığını elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte NATO sammiti çərçivəsində Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı bildirib.

“Bu gün hərbi sənaye üçün “NATO-nun Ön Qapısı” təşəbbüsünü istifadəyə veririk. Bu təşəbbüs müdafiə sənayesinə hərbi satınalmalarla bağlı bütün məsələlərin həlli üçün vahid müraciət məntəqəsi təqdim edəcək”, – deyə Rütte bildirib.

O, müdafiə sənayesi şirkətlərini NATO ilə daha fəal əməkdaşlığa çağıraraq, “bu qapını döyməyə” səsləyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »