ABŞ Prezidenti Donald Tramp iyulun 28-də mətbuatın iştirakı olmadan iki görüş keçirəcək. O, əvvəlcə Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edəcək, daha sonra isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat verib.
Bildirilir ki, məlumat ABŞ prezidentinin rəsmi iş qrafikində yer alıb. Dərc olunan ekran görüntüsünə əsasən, Tramp və Zelenski arasında görüş ABŞ-ın şərq sahili vaxtı ilə saat 09:30-da (17:30) başlayacaq. Danışıqların qapalı formatda keçiriləcəyi qeyd olunur.
Daha sonra, ABŞ-ın şərq sahili vaxtı ilə saat 11:00-da (19:00) Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək. Bu görüş də KİV nümayəndələrinin iştirakı olmadan baş tutacaq.
Görüşlər başa çatdıqdan sonra Donald Tramp, Vladimir Zelenski və Benyamin Netanyahunun senator Lindsi Qremlə vida mərasimində iştirak edəcəyi gözlənilir.
Bizimyol.info






