Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 29 iyul, 2026-cı il
Ulduz falı: 29 iyul, 2026-cı il

Bizimyol.info günlük bürcləri təqdim edir:

Qoç

Gün xüsusən işlərini səhər saatlarından planlı şəkildə həll etməyə başlayan Qoçlar üçün uğurlu keçəcək. Bir vaxtlar çətin görünən tapşırıqlar bu dəfə asanlıqla öhdəsindən gələcəyiniz işə çevriləcək. Qeyri-adi fikirləriniz gözlənilmədən böyük fayda verəcək. Standart üsullarla kifayətlənməyin, təzə yanaşmalar sınayın. İlk uğurları tez əldə edəcək, doğru yolda olduğunuzu hiss edəcəksiniz.

Günün birinci yarısına planladığınız səfərlər uğurlu keçəcək. Onlar həm gözlədiyiniz nəticəni verəcək, həm sizə yeni bilik qazandıracaq, maraqlı insanlarla tanışlıq fürsəti yaradacaq. Bəzi Qoçlar üçün isə mühit dəyişikliyi hadisələrə fərqli baxmağa, uzun müddətdir cavabsız qalan suallara aydınlıq gətirməyə kömək edəcək.

Buğa

Səhərdən özünüzü nikbin və enerjili hiss edəcəksiniz. Bunun üçün əsaslı səbəb də olacaq. Yeni işlərə girişsəniz, qısa müddətdə uğur qazanacaqsınız. Bu, təkcə sadə məsələlərə deyil, daha ciddi və məsuliyyətli tapşırıqlara da aiddir. Hətta təcrübəli həmkarların, ya da yaşlı yaxınlarınızın öhdəsindən gələ bilmədiyi işləri uğurla başa çatdıracaqsınız.

İyulun əvvəlində əldə etdiyiniz bilik və bacarıqlar bu gün sizə böyük üstünlük verəcək. Diqqətcilliyiniz, xırda detallara fikir verməyiniz, başqalarının səhvlərindən nəticə çıxarmağınız indi öz bəhrəsini verəcək. Bunun sayəsində önəmli yanlışlıqlardan qorunacaqsınız.

Əkizlər

Günün əvvəli sizi sevindirəcək. Bu vaxtdan maksimum yararlanmağa çalışın. Ruh yüksəkliyi hiss edəcək, yeni maraqlar və fikirlər qazanacaqsınız. Eyni zamanda, gələcəkdə dəstəyi işə yarayacaq insanlarla tanışlıq şansı yaranacaq. Bir vaxtlar rəqib saydığınız şəxslər belə bu dəfə sizin tərəfinizə keçib fikirlərinizə maraq göstərə bilər.

Maliyyə baxımından da münbit dövrdür. Xüsusən ticarətlə məşğul olan Əkizlər yeni müştəri qazana bilər. Onların bəzi ilə uzunmüddətli və perspektivli əməkdaşlığın təməli qoyulacaq.

Xərçəng

Pis olmayan bir gün sizi gözləyir. Ancaq səhər saatlarında bir neçə xoşagəlməz emosional an yaşaya bilərsiniz. Söhbət ciddi problemlərdən yox, daha çox əhval-ruhiyyənizdəki dəyişkənlikdən gedəcək. Xırda uğursuzluqları böyüdə, planlarda kiçik dəyişiklik lazım gəldikdə həddindən artıq əsəbiləşə bilərsiniz.

Səhər saatlarında ağır və məsuliyyətli işlər planlamaq tövsiyə olunmur. Xüsusən fiziki güc tələb edən işləri sonraya saxlamaq daha doğrudur. İdmanla məşğulsunuzsa, bugünkü məşqi adi gündən daha yüngül keçirməniz faydalı olar.

Şir

Günün böyük hissəsi sizin üçün asan keçməyə bilər və bunun müəyyən qədər səbəbi öz davranışınız olacaq. Əvvəllər səhlənkarlıq və ya diqqətsizlik üzündən buraxdığınız səhvlər indi qarşınıza çıxacaq. Bir çox Şirlər vaxtlarının xeyli hissəsini keçmiş yanlışlıqları düzəltməyə sərf edəcək.

Bu gün alış-verişdə tələsməyin, xüsusən yaxın olmayan insanlara borc verməyin. Verdiyiniz pulu vaxtında geri almamaq ehtimalı kifayət qədər yüksəkdir.

Qız

Gün ziddiyyətli görünəcək. Bir tərəfdən, Qız bürcü nümayəndələri özünə bənzəməyəcək. Adətən ciddi yanaşdıqları məsələlərə bu dəfə daha yüngül baxa, köhnə razılaşmaları unuda, ya da təxirəsalınmaz işləri əsassız yerə sonraya sala bilər.

Maliyyədə də müəyyən diqqətsizlik hiss ediləcək. Bu, düşünülməmiş xərc etmək demək deyil. Amma vaxtında ödəniş etməyi, ya da borcu qaytarmağı unutmaq sonradan sizi çətin və narahat vəziyyətə sala bilər.

Tərəzi

İnadkarlıq və qətiyyət göstərsəniz, bir çox sahədə uğur əldə edəcəksiniz. Planlarınızın hamısı ilk cəhddə alınmasa da, yarımçıq qoymadığınız işlərin öhdəsindən gələcək, qarşınıza çıxan maneələri aşmağın yolunu tapacaqsınız.

Bu gün bir çox Tərəzi adət etdiyindən daha sərt davranmağa meylli olacaq. Ətrafdakılarla çətin söhbətlərə öz təşəbbüsü ilə girişə, nə olursa olsun öz fikrini qəbul etdirməyə çalışa bilər. Bu, xüsusən iş münasibətlərində və əməkdaşlıqda müəyyən gərginlik yarada bilər.

Əqrəb

Qarşınıza uzun müddətdir qoyduğunuz hədəflərə çatmaq üçün yaxşı fürsət düşəcək. Ancaq nəticənin dərhal gəlməsini gözləməyin. Böyük ehtimalla, istədiyiniz uğura çatmaq üçün bir neçə cəhd göstərməli olacaqsınız.

Ətrafınızdakılarla münasibətlər bəzən gərgin ola bilər. Ən xırda hadisələri belə ürəyinizə salacaq, hər şey planınıza uyğun getmədikdə tez əsəbiləşəcəksiniz. Yaxınlarla maliyyə, miras, ya da əmlak barədə söhbətlər xüsusən çətin keçə bilər. Belə mövzuları mümkün qədər sonraya saxlamaq daha ağıllıdır.

Oxatan

Ulduzların dəstəyi demək olar ki, həyatın bütün sahələrində hiss ediləcək. Xüsusən son vaxtlar mürəkkəb və məsuliyyətli layihələr üzərində çalışan Oxatanlar işlərində gözəçarpan irəliləyiş əldə edəcək. İnadkarlığınız və qeyri-adi həll yolları tapmaq bacarığınız sizə mühüm üstünlük gətirəcək.

İş əlaqələrini gücləndirmək və yeni tanışlar qazanmaq üçün münbit gündür. Konfranslara qatılmaq, təqdimatlar keçirmək, fəaliyyətinizdən danışmaqdan çəkinməyin. Uğurlarınızı inamla təqdim etdikcə nüfuzlu tərəfdaşlar, hətta layihələrinizə maliyyə qoymağa hazır investorlar tapa bilərsiniz.

Oğlaq

Gün ümumən uğurlu keçəcək. Amma səhər saatlarında bəzi xoşagəlməz anlarla üzləşə bilərsiniz. Əsas çətinliklər iş ünsiyyətində olacaq. Həmkarlarla ortaq nöqtə tapmaq, ya da rəhbərliklə iş qrafiki kimi vacib məsələdə razılığa gəlmək adətdən daha çətin olacaq.

Günün ikinci yarısı isə sevindirici xəbərlərlə yadda qala bilər. Bunlar daha çox şəxsi həyat, ailə münasibətləri, ya da uzun müddət narahat olduğunuz bir məsələnin xoş həllilə bağlı olacaq. Ailə toplantıları, evdə kiçik bayram təşkil etmək üçün münasib zamandır. Oğlaq bürcü valideynləri isə övladları haqda qürurverici xəbərlər eşidəcək.

Dolça

Günün əvvəli xoş təsadüflər, ya da uzaqdan gələn sevindirici xəbərlərlə yadda qala bilər. Maliyyə qərarlarını günortaya qədər verməyi seçin — bu vaxt vəziyyəti daha obyektiv qiymətləndirə biləcəksiniz. Günün sonrakı hissəsində emosiyalar üstünlük qazanacaq və bu, sizi sərfəli olmayan seçimə yönəldə bilər.

Günün ikinci yarısında köhnə problemlər yenidən gündəmə gələ bilər. Onların həlli əlavə səy istəyəcək. Yaxınlarla ünsiyyətdə gərginlik arta bilər. Düşünülməmiş sözlər kiminsə xətrinə dəyə, sevdiyiniz insanla razılaşdırdığınız planı dəyişmək isə ciddi inciklikə səbəb ola bilər.

Balıqlar

Sakit və tarazlı bir gün sizi gözləyir. Ciddi narahatlıq doğuracaq hadisələrin baş vermə ehtimalı azdır. Kiçik anlaşılmazlıqlar olsa belə, onları şişirtməyin. Çox güman ki, bu problemlər zaman keçdikcə öz-özünə həll olunacaq, sadəcə bir az səbir lazımdır.

Ancaq ulduzlar günün əvvəlində böyük və məsuliyyətli işlərə başlamağı tövsiyə etmir. Xüsusən komanda işi, ya da tək öhdəsindən gələ bilmədiyiniz layihələrdə çətinlik yarana bilər. Başqasının köməyinə ehtiyac duyduğunuz anlarda fikir ayrılığı və mübahisələr işinizi asanlaşdırmaq əvəzinə daha da çətinləşdirə bilər.

Son xəbərlər
Bütün xəbərlər »