Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Ukrayna üzrə sülh sazişinin mümkünlüyünə nikbin yanaşır
Tramp Ukrayna üzrə sülh sazişinin mümkünlüyünə nikbin yanaşır

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması imkanlarını nikbin qiymətləndirir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tramp və onun komandası münaqişənin başa çatdırılması istiqamətində konstruktiv rol oynamağa və hər iki tərəflə əməkdaşlıq etməyə hazırdır. ABŞ lideri sülh sazişinin əldə olunması perspektivlərinə nikbin baxır.

Qəzet yazır ki, Tramp Rusiya Prezidenti Vladimir Putinə də münaqişənin başa çatmasını istədiyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə iyulun 24-də bəyan edib ki, ABŞ, görünür, Alyaskada keçirilən sammitdə Ukrayna ilə bağlı əldə olunmuş razılaşmalara yanaşmasını dəyişib. Bununla belə, Lavrov vurğulayıb ki, Rusiya istənilən halda qarşıya qoyduğu vəzifələri yerinə yetirəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »