Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır

Rumıniya hökuməti ölkənin hava məkanının pozulması ilə bağlı insidentlərdən sonra Rusiya diplomatını ölkədən çıxarmaq qərarı verib.

Bizimyol.info xəbər verir ki, Rumıniya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev iyulun 24–26-da baş verən hadisələrlə əlaqədar nazirliyə çağırılıb. Rumıniya tərəfi həmin günlər ərzində ölkənin hava məkanına qanunsuz daxil olduğu bildirilən üç pilotsuz uçuş aparatının hərbçilər tərəfindən vurulduğunu bəyan edib və onların Rusiyaya məxsus olduğunu iddia edib.

Görüş zamanı Rumıniya tərəfi səfirə rəsmi etirazını çatdırıb. Həmçinin diplomatik nota təqdim olunaraq Rusiya səfirliyinin bir əməkdaşının beş gün ərzində ölkəni tərk etməsi tələb edilib.

Bununla yanaşı, Rumıniya hökuməti Moskvadakı səfirini də məsləhətləşmələr üçün Buxarestə geri çağırıb.

Rusiya tərəfi isə hadisə və Rumıniyanın qərarı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »