Amerikalı sahibkar İlon Mask Ukraynadakı münaqişənin Rusiyaya müəyyən güzəştlər edilmədən başa çatacağını deyib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "The Economist" jurnalına müsahibəsində bildirib.
"Rusiyanın qoşunlarını tamamilə geri çəkəcəyinə dair əsassız nikbinlik var. Bu, real deyil. Hesab edirəm ki, vəziyyətə praqmatik yanaşmaq lazımdır", – deyə Mask vurğulayıb.
O, həmçinin cəbhədə insanların həlak olduğu bir vaxtda bəzi diplomatların münaqişənin həlli ilə bağlı reallıqdan uzaq bəyanatlar verməsini tənqid edib.
Mask xatırladıb ki, bir neçə il əvvəl də münaqişənin dayandırılması naminə Rusiyaya güzəştlər edilməsinin zəruriliyini dilə gətirmişdi. "Mən bunu Rusiyanı dəstəklədiyim üçün yox, məsələyə praqmatik yanaşdığım üçün demişdim. Əks halda insanlar illərlə həlak olacaq və heç bir nəticə əldə olunmayacaq. Məhz belə də oldu", – deyə o bildirib.
Maskın sözlərinə görə, Ukraynanın nəzarətini itirdiyi əraziləri geri qaytara biləcəyini düşünmür: "Ukrayna bu əraziləri geri almayacaq. Bu baş verməyəcək", - deyə o əlavə edib.
Bizimyol.info






