Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rus muzdlularının fəaliyyət göstərdiyi Malidə hərbi əməliyyat variantını nəzərdən keçirir
ABŞ Rus muzdlularının fəaliyyət göstərdiyi Malidə hərbi əməliyyat variantını nəzərdən keçirir

ABŞ Prezidenti Donald Trampın administrasiyası terror təşkilatı “Əl-Qaidə” ilə əlaqəli JNIM (Camaat Nusrət əl-İslam vəl-Müslimin) qruplaşmasına qarşı Malidə hərbi əməliyyat keçirmək imkanlarını nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinə müzakirələrdən xəbərdar olan hazırkı və keçmiş ABŞ rəsmiləri məlumat veriblər.

Nəşrin məlumatına görə, JNIM Malidə mövqelərini gücləndirib və son dövrlərdə Qərbi Afrikanın sahilyanı ölkələrində hücumlarını artırıb.

Mali Burkina-Faso və Nigerlə birlikdə Sahel Dövlətləri Alyansının tərkibinə daxildir. Bu ölkələrdə hərbi çevrilişlərdən sonra hakimiyyətə gələn hökumətlər Qərblə əməkdaşlığı əhəmiyyətli dərəcədə azaldaraq təhlükəsizlik sahəsində dəstək üçün Rusiyaya üz tutublar.

Eyni zamanda, Tramp administrasiyasının nümayəndəsi bildirib ki, Moskva Malinin təhlükəsizlik sahəsində tərəfdaşı kimi öz səmərəsizliyini nümayiş etdirib.

ABŞ-ın mümkün hərbi əməliyyatı bölgədə fəaliyyət göstərən Rusiya qüvvələri ilə toqquşmalara səbəb ola bilər. Bu səbəbdən Vaşinqtonun Moskva ilə birbaşa qarşıdurma riskini nəzərə almalı və belə insidentlərin qarşısını almaq üçün mexanizmlər hazırlamalı olacağı qeyd olunur.

ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rubionun Malidə hərbi əməliyyatları dəstəkləyib-dəstəkləmədiyi barədə suala cavab verməyib. Bununla belə, qurum bildirib ki, Vaşinqton “Malidə terror fəaliyyətini qətiyyətlə pisləyir” və terror təhdidlərinə qarşı mübarizədə regional tərəfdaşlarla əməkdaşlıq etmək niyyətindədir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »