ABŞ və Rusiya dünyanın ən böyük nüvə dövlətləri kimi fikir ayrılıqlarına baxmayaraq, dialoqu davam etdirməlidir. Tərəflər arasında əlaqələrin olmaması məsuliyyətsiz addım olardı.
Bizimyol.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Biz planetin ən böyük nüvə dövlətləriyik. Ünsiyyət qurmamaq bizim üçün düşünülməmiş və məsuliyyətsiz davranış olardı. Fikir ayrılıqlarımızın olduğu sahələr olsa da, Rusiya hökuməti ilə münasibətləri qoruyub saxlamalıyıq”, – deyə Rubio bildirib.
Bizimyol.info






