Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubio: ABŞ İranın danışıqlara ciddi yanaşdığına inanmır
Rubio: ABŞ İranın danışıqlara ciddi yanaşdığına inanmır

İran silahlı münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a müraciət etsə də, Vaşinqton hesab edir ki, Tehran bu prosesə ciddi yanaşmır.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə bildirib.

Rubionun sözlərinə görə, İran regionda baş verən hadisələrlə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə həm birbaşa, həm də vasitəçilər vasitəsilə ABŞ ilə danışıqlar təşəbbüsü irəli sürüb.

"Problem ondadır ki, onlar danışıqlara ciddi yanaşmırlar", – deyə Rubio vurğulayıb.

ABŞ dövlət katibi bildirib ki, əgər Tehran danışıqlarda həqiqətən ciddi mövqe nümayiş etdirsə, Vaşinqton da eyni yanaşmanı sərgiləyəcək. Əks halda isə ABŞ öz maraqlarını və müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi bütün addımları atacaq.

Mətndə qeyd olunur ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »