Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov: Bakı ilə İrəvan arasında faktiki olaraq sülh mövcuddur
Ceyhun Bayramov: Bakı ilə İrəvan arasında faktiki olaraq sülh mövcuddur

Azərbaycanla Ermənistan arasında faktiki olaraq sülh mövcuddur.

Bizimyol.info xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə keçirdiyi danışıqların yekunlarına dair brifinqdə səsləndirib.

Nazirin sözlərinə görə, hazırkı vəziyyəti nəzərə alaraq əminliklə demək olar ki, Bakı ilə İrəvan arasında de-fakto sülh mövcuddur.

"Cəsarətlə demək olar ki, bu gün Bakı ilə İrəvan arasında faktiki olaraq sülh mövcuddur. Azərbaycan tərəfinin irəli sürdüyü sülh təşəbbüsləri münasibətlərin normallaşması prosesini əhəmiyyətli dərəcədə sürətləndirib və bu istiqamətdə mühüm töhfə verib", – deyə Ceyhun Bayramov bildirib.

Son xəbərlər
Bütün xəbərlər »