Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə F-35 alarsa nə dəyişəcək? – Politoloqdan diqqətçəkən açıqlama
Türkiyə F-35 alarsa nə dəyişəcək? – Politoloqdan diqqətçəkən açıqlama

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Türkiyəyə F-35 qırıcı təyyarələrinin mümkün satışı ilə bağlı fikir ayrılığının yarandığı iddiası diqqət çəkib. Axios nəşrinin məlumatına görə, Netanyahunun bu məsələyə etirazı Trampın narazılığına səbəb olub. Baş verən bu hadisə ABŞ-ın regiondakı müttəfiqləri arasında təhlükəsizlik balansı və müdafiə siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

  • Tramp ilə Netanyahu arasında Türkiyənin F-35 proqramına mümkün qayıdışı ilə bağlı yaranan fikir ayrılığı ABŞ–İsrail münasibətlərinə, eləcə də Şərqi Aralıq dənizi və Yaxın Şərqdəki strateji balanslara necə təsir göstərə bilər?

Türk politoloq Hüsamettin İnaç Bizimyol.infoya açıqlamasında bildirib ki, son dövrlər ABŞ ilə İsrail, daha dəqiq desək, Donald Tramp və Benyamin Netanyahu arasında ciddi fikir ayrılıqları müşahidə olunur. Onun sözlərinə görə, bu gərginlik xüsusilə İranla müharibə zamanı özünü açıq şəkildə göstərdi.

"Netanyahu ABŞ-a səfəri zamanı Ağ Evdə Trampa geniş brifinq təqdim etmişdi. Həmin brifinqdə İranı bir həftə kimi qısa müddətdə nəzarət altına ala biləcəyini, hətta İranın dini liderinin belə şəxsən Tramp tərəfindən müəyyən edilə biləcəyini söyləmişdi. Lakin son iki-üç ayda yaşanan hadisələr bunun belə olmadığını göstərdi. İran özünü çox ciddi şəkildə müdafiə etdi, Körfəz ölkələrinə hücumlar həyata keçirərək ABŞ-ı çətin vəziyyətə saldı və xüsusilə Hörmüz boğazında keçidlərin bağlanması nəticəsində dünyada neft və təbii qaz böhranı yarandı”-deyə politoloq bildirib.

Onun sözlərinə görə, buna görə də Trampın Netanyahuya qarşı ciddi narazılığı formalaşdı. Xüsusilə 7 oktyabr 2023-cü ildə başlayan Qəzza müharibəsindən etibarən Netanyahu ABŞ-ı davamlı olaraq fakt qarşısında qoyur, 'oldu-bitdi' siyasəti yürüdür.

ABŞ “Make America Great Again” və “America First” şüarları çərçivəsində xarici siyasətində Amerika milli maraqlarını ön plana çıxarmağa çalışır. Netanyahu isə “İsraili yenidən böyük etmək” məqsədi ilə İsrailin maraqları naminə ABŞ-dan maksimum istifadə etməyə çalışır. Bu səbəbdən də Trampın Yaxın Şərqdə qalmasına hesablanmış birtərəfli addımlar atır və müxtəlif təşəbbüslərlə çıxış edir. Bu isə

Trampı ciddi şəkildə narahat edir.

Politoloqun fikrincə, bu vəziyyət ilk növbədə ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərir. Türkiyə artıq Yaxın Şərqdə öz təhlükəsizliyini təmin edə bilən, İraqda, Livanda və digər bölgələrdə sabitliyi müdafiə edən bir ölkəyə çevrilib.

“Başqa tərəfdən ABŞ Körfəz ölkələrini də əhəmiyyətli dərəcədə itirməyə başlayır. Çünki Körfəz ölkələri ABŞ-ın “petrodollar” sisteminin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Neftin dollarla satılması və qiymətlərin ABŞ-ın nəzarəti altında formalaşması yalnız Vaşinqtonun həmin ölkələrin təhlükəsizliyini təmin etməsi müqabilində mümkündür.

Lakin son dövrdə görürük ki, ABŞ artıq Körfəz ölkələrinin təhlükəsizliyini əvvəlki kimi təmin edə bilmir. Bu isə bölgədə yeni ittifaqların yaranmasına gətirib çıxarır. Xüsusilə Səudiyyə Ərəbistanı ilə Pakistan arasında formalaşan əməkdaşlığa Türkiyə və Misirin qoşulması ciddi geosiyasi addım kimi qiymətləndirilməlidir”-deyə Hüsamettin İnaç bildirib.

Bundan başqa, gələcəkdə İspaniya, İtaliya və İrlandiya kimi Aralıq dənizi ölkələrinin, eləcə də Əlcəzair kimi Şimali Afrika dövlətlərinin də bu əməkdaşlıq platformasına daxil olması ehtimal edilir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »