Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Endi Börnem Böyük Britaniyanın yeni Baş naziri olacaq
Endi Börnem Böyük Britaniyanın yeni Baş naziri olacaq

Endi Börnem Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının yeni lideri seçilib.

Bizimyol.info xəbər verir ki, bu barədə partiyanın Milli İcraiyyə Komitəsinin sədri Şabana Mahmud xüsusi konfransda elan edib.

Leyboristlər Partiyası hazırda hakimiyyətdə olduğu üçün 56 yaşlı siyasətçi avtomatik olaraq Baş nazir vəzifəsini tutacaq. O, istefa vermək qərarına gələn Kir Starmeri əvəz edəcək. Dauninq-stritdə hakimiyyətin rəsmi təhvil-təslim mərasiminin iyulun 20-də keçirilməsi planlaşdırılır.

Leyboristlər Partiyasının lideri postuna namizədlərin irəli sürülməsi iyulun 15-də başa çatıb. Lakin Böyük Mançesterin sabiq meri Endi Börnemdən başqa heç kim namizədliyini irəli sürməyib.

Börnemi Leyboristlər Partiyasından olan 403 deputatdan 369-u, həmçinin partiya ilə əlaqəli bütün həmkarlar ittifaqları dəstəkləyib. Nəticədə o, alternativsiz şəkildə partiya lideri seçilib. Britaniya mətbuatı bu prosesi "taclandırılma" (coronation) kimi xarakterizə edib.

Bundan başqa, deputat Ketrin Vestin adı da liderlik postuna namizəd kimi irəli sürülüb. Lakin o, namizədliyini özü təqdim etməyib. Onun adı yalnız deputat Nil Koyl tərəfindən bülletenə daxil edilib. Son aylarda Vest Leyboristlər Partiyası daxilində Baş nazir Kir Starmeri ən sərt tənqid edən siyasətçilərdən biri kimi tanınıb.

Şabana Mahmud bildirib ki, əsas namizəd parlament fraksiyasından 379 nominasiya alaraq tələb olunan 20 faizlik dəstək həddini keçib və növbəti mərhələyə vəsiqə qazanıb. Digər namizəd isə cəmi bir nominasiya topladığı üçün prosedurun tələblərinə cavab verməyib. O əlavə edib ki, partiya ilə əlaqəli bütün 11 həmkarlar ittifaqı da Endi Börnəmi dəstəkləyib.

"Endi Börnemin Leyboristlər Partiyasının qanuni şəkildə seçilmiş yeni lideri olduğunu elan etmək mənim üçün böyük şərəfdir", – deyə Mahmud çıxışını zalın alqışları altında yekunlaşdırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »