Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviyada dövlət mediasında rus dilinin qadağan edilməsi təklif olunur
Latviyada dövlət mediasında rus dilinin qadağan edilməsi təklif olunur

Latviyanın mədəniyyət naziri Nauris Puntulis hesab edir ki, ölkənin dövlət mediasında rusdilli məzmun tamamilə aradan qaldırılmalıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Latviyanın dövlət yayımçısının LSM portalı məlumat yayıb.

Nazirin sözlərinə görə, “Rusdilli məzmun hələ də mövcuddur, halbuki müstəqil Avropa milli dövlətində rus dilində məzmunun mövcudluğu üçün heç bir əsas yoxdur. Xüsusilə də mövcud hərbi şəraitdə. Onun sadəcə azalması nə deməkdir? Bu məzmun tamamilə yox olmalıdır, məsələ bununla bitir”.

Bundan əvvəl Nauris Puntulis tabeliyində olan qurumlarda ictimai məkanda rus dilindən istifadənin dayandırılması barədə göstəriş imzalayıb.

Sərəncama əsasən, həmin qurum və təşkilatlar dövlət dili ilə bağlı tələblərə əməl etməli, öz funksiyalarının icrası ilə əlaqədar hallarda rus dilindən istifadəyə yol verməməlidirlər. Bu tələb beynəlxalq tədbirlərə, reklam materiallarına və internet saytlarına da şamil edilir.

Nazirin göstərişinə əsasən, aidiyyəti qurumlar bu tələbləri iyulun 30-dək yerinə yetirməlidirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »