Məlum olduğu kimi, aktyor və rejissor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı cəmiyyətdə müzakirələrə səbəb olub.
Bizimyol.info portalı xəbər verir ki, reklam çarxında estetik əməliyyat etdirən qadınlarla bağlı səsləndirilən fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Rejissor Zəki Bağırov isə "Instagram" sosial şəbəkə hesabında Taleh Yüzbəyova dəstək mesajı paylaşıb. Rejissor bildirib ki, hər zaman təbii olan süni olandan üstündür: “Əgər elə deyilsə, niyə gedib kənd qatığı alırsınız? Əgər elə deyilsə, niyə broyler yox, kənd çolpası alırsınız? Əgər elə deyilsə, niyə kənd yumurtası alırsınız? Niyələr çoxdur”.
Zəki Bağırov paylaşımında Taleh Yüzbəyova müraciət edərək, “Talehə dəstəyim sonsuzdur”, - deyə fikrini tamamlayıb.
Qeyd edək ki, reklam çarxında estetik əməliyyat etdirən qadın obrazı təbii görünüşlü qadınla müqayisə edilir: qadının gözü, burnu, dodaqları, dişləri və dırnaqlarının süni olması ilə bağlı ifadələr səsləndirilir. Reklam çarxında yer alan bu məqamlar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əlavə edək ki, səsləndirilən fikirlərə etiraz edənlərlə yanaşı, dəstəkləyənlər də olub.
View this post on Instagram
Günel Həsənova, Bizimyol.info






