Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almond reklam çarxını dayandırdı, şirkət açıqlama yaydı
Almond reklam çarxını dayandırdı, şirkət açıqlama yaydı

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan reklam çarxı ilə bağlı "Almond Cake & Bakery" rəsmi açıqlama yayıb.

Bizimyol.info xəbər şirkət ictimai reaksiyanı nəzərə alaraq reklam çarxının yayımını dayandırdığını bildirib və gələcək reklam layihələrində ictimai həssaslığa daha çox diqqət yetiriləcəyini qeyd edib.

Açıqlamada bildirilir ki, son günlər reklam çarxı ilə bağlı səsləndirilən fikirlər və yaranan müzakirələr şirkət rəhbərliyini məyus edib.

Şirkət qeyd edib ki, fəaliyyətə başladığı ilk gündən əsas məqsədi müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etmək və onlara xoş, yaddaqalan anlar yaşatmaq olub. Reklam çarxının da sağlam və təbii qida dəyərlərini ön plana çıxarmaq məqsədilə hazırlandığı bildirilib. Bununla yanaşı, reklamın cəmiyyətdə, xüsusilə qadınlar arasında narahatlıq yaratdığı etiraf olunub.

"Almond Cake & Bakery" bildirib ki, reklamla bağlı səsləndirilən bütün fikirlər diqqətlə dinlənilir və iradlar ciddi qəbul edilir. Şirkətin sözlərinə görə, reklamın məqsədi insanların xarici görünüşünü, şəxsi seçimlərini və ya fərdi qərarlarını mühakimə etmək, eləcə də hər hansı qrupu hədəfə almaq olmayıb.

Açıqlamada qeyd olunub ki, reklam auditoriya tərəfindən şirkətin ilkin niyyətindən fərqli formada qəbul edilib və bunun nəticəsində vermək istədiyi əsas mesajdan uzaqlaşıb.

Şirkət hesab edir ki, yaranmış ictimai reaksiya reklamın brendin təmsil etdiyi dəyərləri və çatdırmaq istədiyi mesajı düzgün ifadə edə bilmədiyini göstərib. Bu səbəbdən sosial şəbəkələrdə səsləndirilən rəylər və yaranmış həssaslıq nəzərə alınaraq reklam çarxının yayımının dayandırılması barədə qərar qəbul olunub.

Bildirilib ki, "Almond Cake & Bakery" heç bir qarşıdurmanın, polemikanın və şirkətin fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan müzakirələrin tərəfi və ya subyekti olmaq istəmir.

Şirkət, həmçinin, gələcək kommunikasiya layihələrində yaradıcı qərarların qəbuluna əlavə qiymətləndirmə mexanizmlərinin tətbiq ediləcəyini, reklamların mümkün ictimai təsirlərinin əvvəlcədən daha əhatəli şəkildə təhlil olunacağını açıqlayıb.

Sonda isə şirkət fikirlərini və mövqelərini hörmət çərçivəsində bölüşən hər kəsə təşəkkür edib, müştərilərinin etimadını hər zaman ən böyük prioritet hesab etdiyini bir daha vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »