Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Xark adasının ələ keçirilməsi ilə bağlı suala birbaşa cavab verməyib
Tramp Xark adasının ələ keçirilməsi ilə bağlı suala birbaşa cavab verməyib

ABŞ Prezidenti Donald Tramp Xark adasının ələ keçirilməsi məqsədilə Amerika hərbçilərinin göndərilməsi ehtimalı ilə bağlı suala birbaşa cavab verməyib.

Bizimyol.info xəbər verir ki, Tramp "Fox News" telekanalına müsahibəsində bu sualdan yayınıb.

"Bu barədə sizə heç nə deyə bilmərəm. Bunu demək ağılsızlıq olardı", – deyə Tramp müxbirinin Xark adasının ələ keçirilməsi niyyəti ilə bağlı sualını cavablandırarkən bildirib.

Quru əməliyyatının keçirilməsi ehtimalına dair əlavə suala cavabında isə o, "Bu barədə də danışmaq istəmirəm", – deyə bildirib.

Bununla belə, Tramp qeyd edib ki, "bəzən quru əməliyyatı zəruri olur". Onun sözlərinə görə, ABŞ-ın əvəzinə belə bir əməliyyatı həyata keçirə biləcək "başqa qüvvələr" mövcuddur. ABŞ lideri bununla bağlı əlavə təfərrüat açıqlamayıb.

Xark adası Fars körfəzində yerləşir və İranın ən böyük neft ixrac terminalı hesab olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »