Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüşdə Ermənistanda “hibrid təhdidlərə” qarşı mübarizə aparmaq üçün yeni missiyanın yaradılmasını təsdiqləyəcəklər.
Bizimyol.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, yeni missiya Ermənistanla tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərəcək və ölkənin üzləşdiyi hibrid təhdidlərə qarşı mübarizəyə yönələcək.
Brüsselin siyasi terminologiyasında “hibrid təhdidlərə qarşı mübarizə” ifadəsi əsasən Rusiyanın təsir imkanlarının məhdudlaşdırılması istiqamətində görülən tədbirlər kimi qiymətləndirilir.
Aİ-nin bu istiqamətdə fəaliyyət göstərən oxşar missiyaları hazırda Ukrayna və Moldovada da fəaliyyət göstərir.
Bizimyol.info






