Almaniya kansleri Fridrix Merz hesab edir ki, NATO hazırda tarixində heç vaxt olmadığı qədər Avropayönümlü təşkilata çevrilib.
Bizimyol.info xəbər verir ki, o, bu fikri Ankarada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında səsləndirib.
Kanslerin sözlərinə görə, NATO bu gün əvvəlkindən daha çox Avropa xarakteri daşısa da, mahiyyət etibarilə transatlantik alyans olaraq qalır.
“Bu baxımdan Ankarada məhsuldar görüşün, uğurlu NATO sammitinin və daha güclü Avropa istiqaməti ilə transatlantik əməkdaşlığın uğurla davam etdirilməsinin şahidi olacağımıza ümid edirəm”, – deyə Merz bildirib.
Almaniya hökumətinin başçısı, həmçinin Avropadakı NATO müttəfiqlərinin 2026–2027-ci illərdə Ukraynaya əlavə 70 milyard avro həcmində yardım ayrılması barədə razılığa gəldiklərini də təsdiqləyib.
Bizimyol.info






