Rusiya ilə davam edən müharibədə Ukraynaya kömək etmək üçün bütün müttəfiqlər əlindən gələni etməlidir.
APA xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Mark Rutte Ankarada NATO liderlər sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, müttəfiqlər Ukraynanın lazım olan hər şeylə təmin edildiyindən əmin olmalıdır.
Ruttenin sözlərinə görə, Rusiya müharibədə qalib gələ bilmədi.
Baş katib NATO-nun Ukraynanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Rutte Rusiyanın Ukrayna şəhərlərinə pilotsuz uçuş aparatları və raket hücumlarını davam etdirdiyini vurğulayaraq, Kiyevin xüsusilə Hava Hücumundan Müdafiə sistemlərinə ehtiyac duyduğunu qeyd edib.
Baş katib əlavə edib ki, NATO Sammitinin Müdafiə Sənayesi Forumunda on milyardlarla dollar dəyərində yeni müdafiə müqavilələri elan olunacaq və bu, həm alyansın müdafiə imkanlarını gücləndirəcək, həm də iqtisadi artım və məşğulluğa töhfə verəcək.






