Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Si Cinpinq: Çin Belarusun suverenliyinin qorunmasına dəstək verir
Si Cinpinq: Çin Belarusun suverenliyinin qorunmasına dəstək verir

Si Cinpinq Çinin Belarusun suverenliyinin, ərazi bütövlüyünün qorunmasına və ölkənin milli xüsusiyyətlərinə uyğun inkişaf yolunun seçilməsinə dəstək verdiyini bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Çinin “Xinhua” agentliyi məlumat verib.

“Çin Belarusun dövlət suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində səylərini, eləcə də ölkənin milli xüsusiyyətlərinə uyğun inkişaf yolunu seçməsini dəstəkləyir”, – deyə Cinpinq Pekində Belarus Prezidenti ilə görüşü zamanı bildirib.

Çin lideri həmçinin deyib ki, Pekin Belarus tərəfi ilə BMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli mexanizmlər çərçivəsində koordinasiya və əməkdaşlığı gücləndirməyə hazırdır. O, dünyadakı qeyri-sabit vəziyyət fonunda sabitləşdirici qüvvə kimi çıxış etməyə və “Bir kəmər, bir yol” təşəbbüsünün irəlilədilməsi üçün mövcud resursların səfərbər edilməsinə hazır olduqlarını da vurğulayıb.

Aleksandr Lukaşenko ilə görüşdə səsləndirilən bu bəyanat ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş mesaj kimi qiymətləndirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »