Almaniyanın ilk kansleri Otto fon Bismarkın nəslərindən biri olan Aleksandr fon Bismark hesab edir ki, Avropa İttifaqı Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi rolunu oynaya bilməz.
Bizimyol.info xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində bildirib ki, Aİ münaqişəyə münasibətdə neytiral mövqe sərgiləmir.
"Avropa qətiyyən vasitəçi ola bilməz. Aİ yalnız birtərəfli mövqe nümayiş etdirir", – deyə Aleksandr fon Bismark bildirib.
Onun fikrincə, vasitəçilik missiyasını yalnız ayrı-ayrı dövlətlər üzərinə götürə bilər. O, bu baxımdan Almaniyanın uyğun namizəd olduğunu qeyd edərək, ölkənin İkinci Dünya müharibəsinin tarixini yaxşı bildiyini və bundan irəli gələn məsuliyyət daşıdığını vurğulayıb.
Aleksandr fon Bismark, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Almaniyanın keçmiş kansleri Gerhard Şröder dövründə iki ölkə arasında uğurlu iqtisadi əməkdaşlığın mövcud olduğunu bildirib. Onun sözlərinə görə, həmin dövrdə Almaniya Rusiyadan münasib qiymətə təbii qaz alırdı.
O iddia edib ki, Avropa İttifaqının siyasəti bu əməkdaşlığın dayanmasına səbəb olub və nəticədə Almaniya iqtisadiyyatı zərər görərək ABŞ-dan daha baha qiymətə mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməyə başlayıb.
Bizimyol.info






