Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Vaşinqtonun İranla bağlı danışıqlarla əlaqədar öhdəlikləri azaldıqdan sonra ABŞ-nin nümayəndə heyətinin Moskvaya səfəri gözlənilir.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, Rusiya tərəfi amerikalı nümayəndələrlə dialoqu davam etdirməyə və qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etməyə hazırdır.
Putin bildirib ki, ABŞ nümayəndə heyəti Yaxın Şərq istiqamətində aparılan intensiv diplomatik fəaliyyətin əsas mərhələsi başa çatdıqdan sonra Rusiya paytaxtına gələ bilər. O vurğulayıb ki, Rusiya gələcək təmaslara açıqdır və danışıqlar prosesinin davam etdirilməsini istisna etmir.
“Biz danışıqları davam etdirməyə və bütün detalları müzakirə etməyə hazırıq”, – deyə Rusiya Prezidenti rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Putin ABŞ nümayəndə heyətinin mümkün səfər tarixi barədə dəqiq vaxt deməyib. O, həmçinin tərəflərin qarşıdakı danışıqlarda hansı konkret məsələləri müzakirə edəcəyini də açıqlamayıb.
Bizimyol.info






