Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranlı rəsmi: ABŞ-nin atəşkəsi pozması peşmanlıqla nəticələnəcək
İranlı rəsmi: ABŞ-nin atəşkəsi pozması peşmanlıqla nəticələnəcək

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib. O, danışıqlar davam edərkən Vaşinqtonun yenidən İrana hücum etdiyini bildirib və ABŞ-ın nə atəşkəs, nə də danışıqlar prinsiplərinə sadiq qalmadığını iddia edib.

Bizimyol.info xəbər verir ki, Əzizi sosial şəbəkə hesabında etdiyi paylaşımda ABŞ-ni atəşkəsi pozmaqda günahlandıraraq: “Məğlub olmuş ABŞ prezidenti bir daha göstərdi ki, nə danışıqlara, nə də atəşkəs prinsiplərinə sadiq deyil”, - deyə bildirib.

İranlı rəsmi həmçinin bildirib ki, atəşkəsin “həyasızcasına pozulması” keçmişdə olduğu kimi yenə də geri addım atma və peşmanlıqla nəticələnəcək.

O, əlavə olaraq: “Günahlandırmaq oyunu artıq işə yaramır”, - deyə əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »