Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xristianların gizli ritualları və daşlaşmış inanc: Zəlzələnin dağıda bilmədiyi müqəddəs ayin masası - Video
Xristianların gizli ritualları və daşlaşmış inanc: Zəlzələnin dağıda bilmədiyi müqəddəs ayin masası - Video

Antakya torpağı sadəcə binaları deyil, bəşəriyyətin ən gizli ibadət rituallarını da əsrlər boyu öz bağrında gizlədib. Necmi Asfuroğlu Arxeologiya Muzeyinin o nəhəng, dalğalı mozaikalarının düz ortasında, zamanı dondurmuş kimi dayanan monumental bir tapıntı var: qədim məbəd sunağı (altar).

Uzaqdan baxdıqda sadəcə kəsmə daş blok kimi görünən bu struktur, əslində qədim dünyanın göy üzü ilə yer üzünü birləşdirən ən müqəddəs nöqtəsi idi.

Qədim Antakyada bütpərəst Roma dövründə bu sunaklar tanrılara qurbanların təqdim edildiyi, qan tökülən məkandusa, Miladi I əsrdən etibarən şəhərdə xristianlığın yayılması ilə bu daşların funksiyası tamamilə dəyişdi. Bütpərəst ayinlərinin qanlı masaları, artıq üzərinə müqəddəs əşyaların qoyulduğu, ilk gizli incillərin və müqəddəs qədəhlərin düzüldüyü "Müqəddəs Ayin Masalarına" çevrildi.

Muzeyin təməlində qorunan bu sunak bizə bir şeyi pıçıldayır: bura sıradan bir yaşayış yeri olmayıb. Bura, vaxtilə insanların canlarını təhlükəyə ataraq gizli rituallar keçirdiyi, müqəddəs əşyalara toxunaraq dua etdiyi sirlərlə dolu bir ibadətgahın qəlbidir.

6 fevral zəlzələsinin o amansız gücü qarşısında müasir göydələnlər belə kağız kimi yıxılarkən, əsrlər boyu müqəddəsliyə ev sahibliyi etmiş bu daş sunak, polad sütunların kölgəsində heç bir zərər görmədən ayaqda qaldı. Bu gün o stendin qarşısında dayanıb sunağa baxmaq, sivilizasiyaların keçici gücünə və inancın daşlaşmış sarsılmazlığına şahidlik etmək deməkdir.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »