Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəhreyn: İran pilotsuz uçuş aparatları ilə hücum edib
Bəhreyn: İran pilotsuz uçuş aparatları ilə hücum edib

İran sübh tezdən bir neçə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Bəhreyn ərazisinə hücum edib.

Bizimyol.info xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Xarici İşlər Nazirliyi sübh vaxtı İran pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirilən hücumu ən sərt şəkildə pisləyir. Bu, Bəhreynin suverenliyinin açıq şəkildə pozulması və ölkə vətəndaşlarının və rezidentlərinin təhlükəsizliyinə aşkar təhdiddir”, – deyə bəyanatda bildirilir.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Hörmüz boğazında kommersiya gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyini açıqlamışdı. Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə Yaxın Şərqdə yerləşən ABŞ hərbi qüvvələrinin mövqelərinə qarşı əks-hücumlar həyata keçirdiyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »