Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Hindistanla əlaqələri gücləndirir: Trampın 2027-ci ilin əvvəlinə səfəri hazırlanır
ABŞ Hindistanla əlaqələri gücləndirir: Trampın 2027-ci ilin əvvəlinə səfəri hazırlanır

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın Hindistana səfərinin 2027-ci ilin əvvəlində təşkil edilməsi istiqamətində hazırlıqlar aparılır.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Hindistan mətbuatına müsahibəsində bildirib.

Rubionun sözlərinə görə, Vaşinqton hazırda səfərin mümkün qədər erkən həyata keçirilməsi üçün planlama işləri görür. O qeyd edib ki, Trampın Hindistana səfərinin gələn ilin əvvəlində baş tutması nəzərdə tutulur.

Dövlət katibi həmçinin vurğulayıb ki, özü də 2026-cı ilin sonuna qədər Hindistana səfər etməyi planlaşdırır. Bu səfərin məqsədi prezident səfərinin hazırlıqlarını koordinasiya etmək olacaq.

Rubio ABŞ–la Hindistanın münasibətlərinin hazırda yüksək səviyyədə olduğunu deyərək, Tramp ilə Hindistan Baş naziri Narendra Modi arasında G7 sammiti çərçivəsində keçirilən son görüşü xatırladıb. Onun sözlərinə görə, iki ölkə liderləri arasında münasibətlər diplomatiya baxımından “çox yaxın” xarakter daşıyır.

ABŞ rəsmisi Hindistanı Vaşinqtonun mühüm tərəfdaşı və müttəfiqi kimi qiymətləndirib və iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyət daşıdığını bildirib.

Qeyd edək ki, Donald Tramp sonuncu dəfə 2020-ci ilin fevralında Hindistana səfər etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »