Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank hesablarının təhlükəsizliyi: İstifadəçilər nələrə diqqət etməlidir?
Bank hesablarının təhlükəsizliyi: İstifadəçilər nələrə diqqət etməlidir?

Bir neçə bankda kart əməliyyatları zamanı yaranan texniki problemlər sosial mediada geniş müzakirələrə səbəb olub. Hadisədən sonra vətəndaşlar bank hesablarında saxladıqları vəsaitin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bəzi insanlar pullarını bankda saxlamağın risklərini düşünür, başqa birilərii isə nağd pulun evdə saxlanmasını daha üstün tutduqlarını bildiriblər.

  • Vətəndaşlar pullarını bankda saxlamaqla bağlı nələrə diqqət etməlidirlər?
  • Süni intellekt bank əməliyyatlarında texniki problemlərin qarşısının alınmasına kömək edə bilərmi?

Bu barədə Bizimyol.info xəbər portalına danışan SMM və Rəqəmsal Marketinq üzrə mütəxəssis Nəcmin Məmmədov bildirib: “Banklarda vəsait saxlamaq ümumilikdə təhlükəsizdir. Lakin istifadəçilər iki faktorlu doğrulamanı aktiv etməli, kart məlumatlarını heç kimlə paylaşmamalı və şübhəli keçidlərə daxil olmamalıdırlar”.

Nəcmin Məmmədov əlavə edib: “Süni intellekt isə banklarda şübhəli əməliyyatları real vaxtda aşkarlayaraq dələduzluq riskini azaltmağa və texniki problemlərin daha tez müəyyən edilməsinə kömək edə bilər”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »