Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” hesabında bildirib.

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik. Görüşdə Azərbaycanla NATO arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması istiqamətində əldə olunan irəliləyişləri qeyd etdik. Həmçinin, Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə ətraflı müzakirələr və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi apardıq”, - Hikmət Hacıyev qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »