İranın hərbi komandanlığı İsveçrədə ABŞ ilə aparılan danışıqların lehinədir.
"Report" xəbər verir ki, bunu İran Prezidenti Məsud Peseşkian deyib.
"Hərbi komandirlərimiz hesab edirlər ki, biz bu danışıqları aparmalıyıq", - o bildirib.
İran Prezidentinin sözlərinə görə, bununla bağlı qərar Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilib: "Hamının sözü bir və həmrəy idi".
Xatırladaq ki, iyunun 18-də İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə anlaşma memorandumu haqqında başqa planlarının olduğunu bildirsə də, sənədi M. Pezeşkianın öhdəsinə buraxdığını açıqlayıb.
Qeyd edək ki, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İsveçrədə keçirilən danışqlarda memorandumla bağlı irəliləyişin əldə olduğunu bildirib.






