Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan: Üç neft tankerinin Hörmüz boğazından təhlükəsiz keçidi təmin edilib
Hindistan: Üç neft tankerinin Hörmüz boğazından təhlükəsiz keçidi təmin edilib

Hindistan bayrağı altında üzən üç neft tankeri — "Desh Vaibhav", "Desh Vibhor" və "Sanmar Herald" — Hörmüz boğazını uğurla keçərək Hindistana doğru hərəkət edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval məlumat verib.

Nazir “X” sosial şəbəkəsində yazıb ki, “təhlükəsiz keçid təmin olunub” və üç Hindistan tankerinin Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək ölkəyə istiqamətləndiyi təsdiqlənib.

Onun sözlərinə görə, bu gəmilər ümumilikdə 860 min tondan çox xam neft daşıyır və göyərtələrində 94 hindistanlı dənizçi var.

Qeyd edək ki, bu həftə ABŞ və İran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. ABŞ prezidenti Donald Tramp isə iyunun 17-də Hörmüz boğazının “qismən artıq açıldığını” bildirmişdi.

Daha əvvəl, iyunun 20-də İran Silahlı Qüvvələrinin mərkəzi qərargahı İsrailin Livan ərazisinə endirdiyi zərbələr səbəbindən və ABŞ-la razılaşmanın pozulduğunu əsas gətirərək Hörmüz boğazını bağladığını açıqlamışdı.

Bununla yanaşı, iyunun 19-da İsrail ordusu Livanda “Hizbullah”a məxsus çoxsaylı hədəflərə zərbələr endirərək əməliyyatlarını genişləndirmişdi. İsrail tərəfi bu addımların İsrailin cənub Livandakı hərbi qüvvələrinə hücumlara və ölkənin şimalına raket atəşlərinə cavab olaraq atıldığını bildirmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »