Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-ın müharibəni yenidən başlatmayacağına inanır
İran ABŞ-ın müharibəni yenidən başlatmayacağına inanır

İran rəhbərliyi ABŞ və İsrail tərəfindən bir neçə həftə davam edən zərbələrə baxmayaraq mövqelərinin möhkəmliyinə əmindir və ABŞ-ın hərbi əməliyyatları yenidən başlatma ehtimalını az real hesab edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İran rəsmiləri ABŞ Prezidenti Donald Trampın müharibənin bərpası ilə bağlı hədələrini həyata keçirməyəcəyini düşünürlər. Səbəb kimi isə Tehranın Hörmüz boğazını bağlamaq imkanını nümayiş etdirməsi və bununla qlobal iqtisadiyyata ciddi təsir göstərə biləcəyi göstərilir.

Həmçinin qeyd edir ki, İran rəhbərliyi ABŞ və İsrailin intensiv zərbələrinə baxmayaraq hakimiyyəti qoruyub saxlaya bildikdən sonra özünə inamını daha da artırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »