Milli Hidrometeorologiya Xidməti iyunun 20-si saat 22:00-a olan faktiki hava barədə məlumat verib.
Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.
Belə ki, Naftalan, Şəki, Balakən, Oğuz, Qusarda şimşək çaxır, arabir yağış yağıb.
Saat 20:10 radələrində Qazax rayonuna diametri 10-12 millimetr, saat 20:20 radələrində isə Ağstafa rayonu ərazisinə diametri 25-28 millimetr olan dolu düşüb.






