Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu ordunu Livanda atəşi dayandırmağa çağırdı
Netanyahu ordunu Livanda atəşi dayandırmağa çağırdı

İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin 12-ci televiziya kanalı məlumat yayıb.

İsrail televiziyasının yaydığı xəbərdə bildirilir ki, əgər “Hizbullah” atəşkəs rejiminə əməl edər və yeni hücumlara əl atmazsa, İsrail Müdafiə Ordusu da hücum əməliyyatlarını dayandıracaq.

Qərarın iyunun 21-nə planlaşdırılan ABŞ–İran danışıqları və Donald Tramp administrasiyasının İsrail rəhbərliyinə təzyiqləri fonunda qəbul edildiyi qeyd olunur.

Məlumata görə, İran və ABŞ iyunun 18-nə keçən gecə məsafədən memorandum imzalayıblar. Sənəd fevralın 28-də başlayan hərbi münaqişənin başa çatdırılmasını nəzərdə tutur.

Memorandumda ABŞ-ın dəniz blokadasını nə vaxt aradan qaldıracağı və İranın Hörmüz boğazında gəmiçiliyi hansı müddətdə bərpa edəcəyi də əksini tapıb.

Bununla yanaşı, İran nüvə silahı əldə etməmək öhdəliyi götürüb. İranın nüvə proqramı ilə bağlı məsələnin ayrıca razılaşma çərçivəsində tənzimlənməsi planlaşdırılır. Tərəflər bu məsələ üzrə 60 gün ərzində danışıqlar aparacaqlar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »