Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2026-cı ildə təqaüdə çıxmaq üçün ən yaxşı ölkələrin adları açıqlanıb
2026-cı ildə təqaüdə çıxmaq üçün ən yaxşı ölkələrin adları açıqlanıb

Beynəlxalq sığorta şirkəti "Expatriate Group", 2026-cı ildə təqaüdə çıxmaq üçün dünyanın ən yaxşı ölkələrinin reytinqini açıqlayıb. Tədqiqatda 20 ölkə beş əsas meyar əsasında qiymətləndirilib: səhiyyə xidmətinin keyfiyyəti, viza proqramlarının mövcudluğu, tibbi sığorta tələbləri, yaşayış xərcləri və əcnəbilərin inteqrasiya səviyyəsi.

Bizimyol.info xəbər verir ki, bu barədə "Daily Mail" məlumat verib.

Filippinlər reytinqdə birinci yeri tutub. Mütəxəssislər onun əlverişli təqaüd vizası proqramını, aşağı yaşayış xərclərini və əcnəbilərin məskunlaşması üçün əlverişli şəraiti qeyd ediblər. Xüsusi təqaüd vizası almaq üçün təxminən 11.000 funt sterlinq depozit tələb olunur.

Tailand səhiyyə xidmətinin keyfiyyətinə görə ən yüksək ballardan birini alaraq ikinci yeri tutub. Banqkok, Çianq May və Pxuket, beynəlxalq səviyyəli özəl klinikaların inkişaf etmiş şəbəkələrinə görə əcnəbilər arasında xüsusilə populyardır.

Kolumbiya üçüncü yeri tutub. Analitiklər yaşayış xərclərinin aşağı olduğunu və təqaüd vizası almaq üçün nisbətən sadə proseduru qeyd edirlər. Mütəxəssislər hesablayırlar ki, evli cütlük ayda 1000-1500 funt sterlinq büdcə ilə Medelində rahat yaşaya bilər.

Dördüncü yerdə qərarlaşan Portuqaliya təqaüdçülər üçün ən cəlbedici Avropa ölkəsidib. Onun yüksək mövqeyi inkişaf etmiş səhiyyə sistemi, əlverişli iqlim və passiv gəlirli viza proqramı ilə təmin edilib.

Şri-Lanka və Cənubi Afrika beşinci yeri bölüşdülər. Hər iki ölkə nisbətən aşağı yaşayış xərcləri və uzunmüddətli yaşayış üçün əlverişli şərtləri ilə təqaüdçüləri cəlb edir.

Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, İspaniya, İndoneziya, Panama və Qətər də ilk onluğa daxil olub.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, getdikcə daha çox insan xaricdə təqaüdə çıxmağı düşünür, xüsusilə səhiyyə xidmətlərinə çıxış, təhlükəsizlik və yaşayış xərclərinə diqqət yetirir. Eyni zamanda, İspaniya və Fransa kimi ənənəvi istiqamətlər tədricən Asiya və Latın Amerikasındakı daha əlverişli ölkələrə "uduzur".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »