Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev: ABŞ və İran hələ danışıqların başlanması ilə bağlı planları razılaşdırmayıb
Ağ Ev: ABŞ və İran hələ danışıqların başlanması ilə bağlı planları razılaşdırmayıb

Vaşinqton və Tehran İsveçrədə ikitərəfli anlaşma memorandumunun imzalanması və texniki məsələlər üzrə danışıqların başlanması ilə bağlı planları hələ tam şəkildə razılaşdırmayıblar.

Bizimyol.info. xəbər verir ki, bu barədə iyunun 18-də jurnalistlərə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin rəsmi nümayəndəsi məlumat verib.

“Vitse-prezidentin mətbuat konfransında bildirdiyi kimi, texniki məsələlər üzrə qarşıdakı danışıqlarla bağlı planlar hələ yekunlaşdırılmayıb və ABŞ nümayəndə heyəti ilk imkan yaranan kimi səfərə hazırdır. Lakin bu danışıqların təşkilati tərəfi heç vaxt sadə və tam proqnozlaşdırılan olmayıb”, – deyə Vensin mətbuat xidmətinin nümayəndəsi qeyd edib.

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ vitse-prezidenti iyunun 18-i axşamı ABŞ-ın İsveçrəyə yola düşməyi planlaşdırmır. Onun nümayəndəsi vurğulayıb ki, Vaşinqton bu danışıqlara mümkün qədər tez başlamağa ümid edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »