Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranla münaqişə xərclərinin qarşılanması üçün Pentaqona 80 milyard dollar lazımdır
İranla münaqişə xərclərinin qarşılanması üçün Pentaqona 80 milyard dollar lazımdır

ABŞ Müdafiə Nazirliyi Konqres üzvlərinə İran əleyhinə hərbi əməliyyatlar və digər xərclərlə əlaqədar əlavə 80 milyard dollar maliyyələşdirməyə ehtiyac duyduğunu bildirib.

Bizimyil.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu həftənin əvvəlində ABŞ müdafiə nazirinin birinci müavini Steven Feynberg amerikalı qanunvericilərlə telefon danışıqları apararaq Pentaqonun ehtiyacları barədə onları məlumatlandırıb. Bildirilir ki, Müdafiə Nazirliyinin rəhbərliyi Konqresi xəbərdar edib ki, əlavə maliyyələşdirmə təsdiqlənməzsə, Pentaqonun vəsaiti artıq bu yay tükənə bilər.

Nəşrin yazdığına görə, belə bir vəziyyətdə ABŞ ordusu hərbi təlimlər də daxil olmaqla bir sıra proqramları ixtisar etməyə məcbur qala bilər.

Bundan əvvəl Vaşinqtondakı Müdafiə Yazarları Qrupunun (Defense Writers Group) onlayn görüşündə çıxış edən ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində aparıcı demokrat senator Cek Reed bildirib ki, Konqresdə hesab edirlər ki, ABŞ administrasiyası İranla bağlı əməliyyatlar üçün 2026-cı ildə hərbi ehtiyaclara əlavə olaraq 100–200 milyard dollar həcmində maliyyə vəsaiti istəyəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »