Avropa Şurasının sədri Antonio Kostanın Rusiya ilə təmasları bəzi Avropa hökumətlərinin narazılığına səbəb olub.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat verib.
Nəşrin veriditi məlumat görə, Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitində bir çox Avropa liderlərinin Moskva ilə əlaqələrdən xəbərsiz olduğu məlum olub.
Məqalədə qeyd edilir ki, Avropa Şurası sədrinin komandası əvvəlcədən Böyük Britaniya, Almaniya, Fransa və Avropa Komissiyasını telefon danışıqları barədə məlumatlandırıb. Lakin digər iki mənbə Berlinin öncədən xəbərdar edilmədiyini iddia edib.
Qəzet yazır ki, bəzi Avropa liderləri bu təmaslardan yalnız mediada yayılan xəbərlərdən sonra xəbər tutublar. Baltikyanı ölkələrin isə Rusiya ilə münasibətlərin normallaşdırılması cəhdlərinə görə “qəzəbli” olduqları bildirilir.
İyunun 17-də aparıcı Qərb KİV-ləri Koştanın nümayəndələrinin Moskvaya “bir neçə telefon zəngi” etdiyini yazmış, lakin həmin danışıqlarda “ciddi məsələlərin müzakirə olunmadığını” qeyd etmişdilər.
Bizimyol.info






