ABŞ Prezidenti Donald Trampın 18 iyun tarixində kəşfiyyat qurumlarının iştirakı ilə keçiriləcək qapalı brifinqə qatılacağı planlaşdırılır.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumat Ağ Evin yayımladığı rəsmi iş qrafikində əks olunub.
Məlumata görə, brifinq yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq. Tədbir tam qapalı formatda keçiriləcək və jurnalistlərin iştirakı nəzərdə tutulmur.
Brifinqin gündəliyi və müzakirə olunacaq mövzular açıqlanmayıb. Adətən bu cür görüşlərdə ABŞ-ın milli təhlükəsizlik məsələləri, beynəlxalq vəziyyət və kəşfiyyat orqanlarının hesabatları müzakirə edilir, lakin bu dəfəki toplantının məzmunu barədə rəsmi açıqlama verilməyib.
Ağ Ev nümayəndələri əlavə detal paylaşmayıb.
Bizimyol.info






