ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton yüksək dərəcədə zənginləşdirilmiş İran uranını ələ keçirmək deyil, onu zərərsizləşdirmək və məhv etmək niyyətindədir.
Bizimyol.info xəbər verir ki, Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində BƏƏ prezidenti Məhəmməd bin Zayed əl Nəhyanla ikitərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp, ABŞ-ın 2025-ci ildə bombalanmış və zənginləşdirilmiş uranın yerləşdiyi üç İran nüvə obyektini peyk kəşfiyyatı vasitəsilə yaxından izlədiyini təsdiqləyib.
Onun sözlərinə görə, Vaşinqton həmin materiallara “uyğun vaxtda” sahib olacaq və bu məsələdə tələskənliyə ehtiyac yoxdur. “Biz bunu peyk kameraları ilə izləyirik, ora kimlərin getdiyini bilirik — əslində isə indi heç kim getmir,” – deyə o bildirib.
Tramp əlavə edib ki, ABŞ zərbələrindən sonra İranın yeraltı nüvə obyektlərinin “dağın içində çökdüyünü” və uranın çıxarılmasının olduqca çətin proses olduğunu qeyd edib. Onun sözlərinə görə, bu işi ABŞ-dan başqa, yalnız Çinin görə biləcəyi mümkündür.
“Biz tələsmirik, amma bunu əldə edəcəyik. Və əldə etdikdən sonra onu məhv edəcəyik. Biz onu götürmək istəmirik, biz onu zərərsizləşdirmək istəyirik. Onsuz da özümüzdə kifayət qədər var,” – deyə Tramp vurğulayıb.
Bizimyol.info






