Azərbaycanın bir sıra rayonlarında heyvandarlıq təsərrüfatları əhəmiyyətli şəkildə genişlənib. Xüsusilə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında sahənin inkişaf tendensiyaları diqqət çəkir. Bu artım kənd yerlərində məşğulluğu və istehsalı artırsa da, torpaq istifadəsi və ekoloji tarazlıq baxımından narahatlıq doğurur.
Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında heyvandarlıq təsərrüfatlarının artımı müşahidə olunur və bu, kənd yerlərində iqtisadi aktivliyi artırır. Eyni zamanda otlaq resurslarına təzyiqi gücləndirir, ekoloji tarazlıq və idarəetmə ilə bağlı müəyyən problemlər yaradır. Sektorda nəzarət mexanizmlərinin və məlumatlılığın kifayət qədər olmaması da əlavə risklər formalaşdırır.
- Ekoloji və idarəetmə problemlərinin aradan qaldırılması üçün hansı tədbirlər nəzərdə tutulur?
Bu barədə Bizimyol.info xəbər portalına danışan “Quşçu” Heyvandarlıq İctimai Birliyinin sədri Tahir Məmmədov bildirib: “Ekoloji və idarəetmə problemlərinin həllində ağla gələn ilk metod heyvandarların məşğul olduğu tövlələrin, otlaq sahələrinin təmiz olması, dağlıq ərazilərin həmin relyefə uyğunlaşdırılması və s. ibarətdir. Bunun üçün də həmin təsərrüfat sahəsinin bütün işçilərini məlumatlandırmaq lazımdır. Maarifləndirmə işi burada ilk növbədə gəlir”.
Günel Həsənova, Bizimyol.info






