Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna dronları Moskva neft emalı zavodunu vurub: yanğın baş verib
Ukrayna dronları Moskva neft emalı zavodunu vurub: yanğın baş verib

16 iyun səhər saatlarında Rusiyanın paytaxtı Moskva dron hücumuna məruz qalıb və şəhərdə yerləşən böyük neft emalı zavodunda (NEZ) yanğın qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Telegram kanalında hadisəni təsdiqləyərək bildirib ki, Moskva “yanır” və Rusiyanın paytaxt ətrafında yerləşdirdiyi hava hücumundan müdafiə sistemləri hücumların qarşısını tam ala bilməyib.

Moskva meri Sergey Sobyanin isə 25 pilotsuz uçuş aparatının Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb. Onun sözlərinə görə, dağıntıların düşdüyü ərazilərdə fövqəladə xidmətlər işləyir.

Daha sonra Sobyanin şəhərdə yerləşən neft emalı zavodlarından birinin zərbə aldığını təsdiqləyib. Merin bildirdiyinə görə, hücum nəticəsində bir dron zavoda zərər vurub, lakin insan itkisi qeydə alınmayıb.

Məlumata görə, zərbə Moskvanın Kapotnya rayonunda yerləşən iri neft emalı müəssisəsinə dəyib və ərazidə yanğın baş verib. Zavodun paytaxtdan təxminən 15 kilometr məsafədə yerləşdiyi bildirilir.

Ukrayna Prezidenti Vladimir Zelenski hadisə ilə bağlı açıqlama verərək Moskva şəhəri və Moskva vilayətindəki hədəflərin vurulduğunu təsdiqləyib və bunu Rusiyanın Ukraynaya qarşı hücumlarına cavab adlandırıb.

O bildirib ki, Ukraynanın uzaqmənzilli silahları Rusiya ərazisində “ədalətli cavab” kimi istifadə olunur və bu, Moskvanın müharibəni dayandırmağa məcbur edilməsinin yollarından biridir.

Eyni zamanda bəzi analitik mənbələr hücumların Rusiya neft emalı sektoruna ciddi zərbə vurduğunu və ölkədə yanacaq istehsalında azalma riskinin yarandığını qeyd edir.

Məlumata görə, son aylarda Rusiyanın müxtəlif regionlarında yerləşən neft emalı zavodları və sənaye obyektləri dəfələrlə dron hücumlarına məruz qalıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »