Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa Hörmüz Boğazına minaaxtaran gəmilər göndərməyə hazırdır
Fransa Hörmüz Boğazına minaaxtaran gəmilər göndərməyə hazırdır

Fransa lazım gələrsə, Hörmüz Boğazında mina təmizləmə əməliyyatları aparmaq üçün öz minaaxtaran gəmilərini bölgəyə göndərə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr naziri Katrin Votren  TF1 televiziyasına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırda bölgədə Fransa donanmasına məxsus iki minaaxtaran gəmi - "Lyre" və "Andromède" - var və onlar ehtiyac yaranarsa mina təmizləmə əməliyyatlarında iştirak etməyə hazırdır.

Votren gəmilərin dəqiq yerləşdiyi ərazini açıqlamasa da, onların Hörmüz Boğazına “çox yaxın” olduğunu vurğulayıb. Bu isə onların vəziyyətə çox qısa zamanda müdaxilə edə biləcəyi deməkdir.

O əlavə edib ki, bölgədə vəziyyət hələ də qeyri-müəyyəndir və Hörmüz Boğazının minalanıb-minalanmadığı tam dəqiqləşməyib. Buna görə də sürətli reaksiya vacib hesab olunur.

Xatırladaq ki, daha əvvəl ABŞ, İran və vasitəçi rolunda çıxış edən Pakistan arasında razılaşma əldə olunduğu bildirilmişdi. Planlaşdırılan razılaşmanın 19 iyunda Cenevrədə imzalanması gözlənilir. Danışıqlarda İranın nüvə proqramı və bölgədə gərginliyin azaldılması kimi məsələlərin müzakirə olunacağı qeyd edilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »