Azərbaycan Hava Yolları Bakı–Naxçıvan marşrutu üzrə uçuşları bərpa edib.
Bizimyol.info xəbər verir ki, şirkətdən verilən məlumata görə, reyslər hazırda tam şəkildə cədvələ uyğun icra olunur və sərnişin daşımaları normal rejimdə davam edir.
Qurumun açıqlamasında bildirilir ki, bölgədə hava şəraitinin sabitləşməsi uçuşların yenidən təhlükəsiz və fasiləsiz həyata keçirilməsinə imkan yaradıb. Bu səbəbdən əvvəl müvəqqəti məhdudlaşdırılan reyslər artıq bərpa olunub.






