Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızıl bazarında ucuzlaşma müşahidə olunur
Qızıl bazarında ucuzlaşma müşahidə olunur

Bazarlarda qızılın qiyməti ucuzlaşıb.

Satıcıların sözlərinə görə, bir müddət əvvəl qramı 200 manatı ötən qızılın qiyməti hazırda 165 manata qədər düşüb.

Ən çox ucuzlaşma 585 əyarlı, yəni Türkiyə qızılında müşahidə olunur. Satıcıların sözlərinə görə, hazırda qızıl satmaqdan daha çox qızıl almaq üçün əlverişli dövrdür.

Satıcılar qeyd edirlər ki, qızılın qiymətindəki eniş Məhərrəm ayının başlaması ilə əlaqədar olmasa da, bu ay brilyant satışına ciddi təsir göstərir.

Qızılın ucuzlaşdığı bildirilsə də, alıcılar bu qiymətlərin də kifayət qədər yüksək olduğu qənaətindədirlər.(banker)

Son xəbərlər
Bütün xəbərlər »