İsrail Livan, Suriya və Qəzzadan geri çəkilməyəcək.
APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsraell Katz “X” hesabında yazıb.
O, ölkəsinin ABŞ-la birlikdə İrana sarsıdıcı zərbələr endiridiyini və onun hərbi potensialını illərlə geriyə çəkdiyini bildirib.
İsrailin gələcəkdə İrana qarşı müstəqil hərəkət etmək azadlığının əldə saxlanılmasının əhəmiyyətini vurğulayan Katz, bununla bağlı orduya hazır olmaq üçün təlimatlar verildiyini deyib.
“Biz elə bir təhlükəsizlik siyasəti yürütməkdə qərarlıyıq ki, nailiyyətlərimizə ziyan verən məsələlərin qarşısı alınsın və İran tərəfindən idarə olunan şər şiə oxuna, eləcə də “Müsəlman Qardaşlığı” tərəfindən idarə olunan şər sünni oxuna qarşı mübarizə qabiliyyətimizə xələl gəlməsin”,-Katz vurğulayıb.






