Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə Nazirliyi: “İstintaq sirrini təşkil edən məlumatların yayılması qadağandır”
Səhiyyə Nazirliyi: “İstintaq sirrini təşkil edən məlumatların yayılması qadağandır”

Tanınmış plastik cərrah Elnur Mehrəlinin sertifikatı ləğv olunub.

Bizimyol.info xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı həqiqət məhkəmə prosesində üz çıxıb.

Pasiyent “Yasamal Hospital”da Elnur Mehrəli icra etdiyi əməliyyatın qüsurlu olduğunu iddia edərək prokurorluğa üz tutub. Lakin Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd olunub.

Bundan sonra vətəndaş rədd qərarının ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə isə Elnur Mehrəli ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Elnur Mehrəlinin plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətinə icazə verilməyib. Eyni zamanda bildirilib ki, Elnur Mehrəlinin hazırda Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində praktik tibb fəaliyyəti ilə məşğul olması barədə məlumat yoxdur.

Prosesin yekununda cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar ləğv olunub.

Məhkəmə belə qənaətə gəlib ki, müstəntiq tərəfindən Mehrəli Elnur Xalid oğlunun plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnun mövcud olub-olmaması zəruri qaydada araşdırılmayıb. Habelə Elnur Mehrəlinin həmin tarixdə müvafiq dövlət reyestrində qeydiyyatda olub-olmadığını Səhiyyə Nazirliyindən və aidiyyəti qurumlardan rəsmi qaydada dəqiqləşdirməli idi.

Bir sözlə, müstəntiq qeyd edilənləri araşdırmadan əməldə cinayət hadisəsi olmadığı qənaətinə gəlib.

Məhkəmənin yekun qərarına əsasən, göstərilmiş xüsusatlar araşdırılmalı və cinayət hadisəsinin olub-olmamasına düzgün hüquqi qiymət verilməsi ilə bağlı ibtidai araşdırma orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmalıdır.

  • Həkimlərin dövlət reyestrində qeydiyyatının yoxlanılması məcburidirmi və bu nəzarət necə həyata keçirilir?

Yaranan suala cavab tapmaq üçün bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab hazırlanıb: “Qeyd etdiyiniz faktla əlaqədar artıq araşdırmalar aparılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 201.1-ci maddəsinə əsasən, “İstintaq sirrini təşkil edən məlumatların yayılması qadağandır. Bu məlumatlar yalnız istintaqı aparan orqanın icazəsi ilə açıqlana bilər.”

“İnformasiya əldə etmək haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən, cinayət işləri üzrə aparılan istintaqla bağlı məlumatlar açıqlanmayan (məhdudlaşdırılmış) informasiyalara aiddir.bİstintaq prosesi davam etdiyi müddətdə məlumatların ictimaiyyətə açıqlanması yalnız istintaq orqanının səlahiyyətinə aiddir. Bu səbəbdən sorğunu müvafiq istintaq orqanına yönləndirməyiniz tövsiyə olunur”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »