Saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
"Bizimyol.info" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ağdərə, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdam, Naftalan, Goranboyda arabir yağış yağır.
Saat 17:01-17:03 radələrində Gədəbəy rayonuna diametri 11 mm, rayonun Slavyanka, Söyüdlü, Maarif, Qaradağ kəndlərinə, saat 17:32-17:44 radələrində Göygöl rayonunun Kərəmli kəndinə dolu düşüb.






