Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ NATO-nun Avropadakı qüvvələrini azaldır: qırıcı təyyarələrin sayı üçdə bir qədər ixtisar edilə bilər
ABŞ NATO-nun Avropadakı qüvvələrini azaldır: qırıcı təyyarələrin sayı üçdə bir qədər ixtisar edilə bilər

ABŞ NATO çərçivəsində Avropada yerləşdirilən hərbi qüvvələrin, xüsusilə də qırıcı təyyarələrin sayını təxminən üçdə birə qədər azaltmağı planlaşdırır, həmçinin bununla yanaşı bəzi digər hərbi təyyarə və gəmiləri də regiondan çıxarmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə və onun əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Qəzetin əldə etdiyi və ABŞ-ın müttəfiqlərinə iyunun əvvəlində təqdim etdiyi plana əsasən, ABŞ Avropada yerləşən "F-16" və "F-15E qırıcılarının sayını təxminən 150-dən 100-ə endirməyi nəzərdə tutur.

Bundan əlavə, Vaşinqton dəniz kəşfiyyatı təyyarələrinin bir hissəsini də regiondan çıxarmağı planlaşdırır — bu tip təyyarələrin sayı 26-dan 15-ə düşəcək. Qəzet yazır ki, ABŞ həmçinin bölgədəki bütün səkkiz yanacaq dolduran hərbi təyyarəni də başqa istiqamətə yönəltmək niyyətindədir.

"NYT"nin məlumatına görə, ABŞ eyni zamanda raketlə silahlanmış bir sualtı qayığı və onun müşayiət etdiyi aviadaşıyıcı zərbə qrupunu da bölgədən çıxarmağı, yəni onlarla qırıcı təyyarə və bir sıra hərbi gəmini başqa regionlara yerləşdirməyi planlaşdırır.

Pentaqon bu məlumatla bağlı şərh verməkdən imtina edib.

Qeyd olunur ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp NATO ilə bağlı sərt açıqlama verərək alyansdan çıxmaq ehtimalını da nəzərdən keçirdiyini bildirmişdi. O, NATO-nu “kağız pələngi” adlandırmış və alyansa heç vaxt xüsusi simpatiya bəsləmədiyini demişdi. Tramp həmçinin ABŞ-ın NATO-dakı iştirakının yenidən nəzərdən keçirilə biləcəyini vurğulamışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »